AZ

Serdar Ortaç uzun illər sonra səhnədə dəstək almadan addımladı

Serdar Ortaç uzun illər sonra səhnədə dəstək almadan addımladıUzun illərdir Multipl Skleroz (MS) xəstəliyi ilə mübarizə aparan məşhur müğənni Serdar Ortaç, Harbiye Açıqhava teatrında verdiyi konsertlə həm səhnəyə, həm də həyata möhkəm sarılmasının ən güclü sübutunu nümayiş etdirdi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, illər ərzində sağlamlıq problemləri və şəxsi həyatı ilə gündəmə gələn Ortaç, bu dəfə əzmi və qətiyyəti ilə alqış topladı.

Harbiye səhnəsində uzun illər sonra ilk dəfə dəstək almadan addımlayan Serdar Ortaç, "Əvvəllər dəstək olmadan bir addım ata bilmirdim, indi səhnədə azadam" sözləri ilə tamaşaçılara duyğulu anlar yaşatdı. Təkərli kresloya ehtiyac duymadan gəzdiyini göstərmək üçün xüsusi olaraq səhnəyə addım-addım irəliləyən sənətçi, uzun müddət davam edən alqışlarla qarşılandı.

Konsert öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandıran Ortaç, şəxsi həyatında da böyük dəyişikliklər etdiyini bildirdi. Bir müddətdir siqaret və spirtli içkilərdən uzaq olduğunu, həmçinin qumar oyunlarını tamamilə həyatından çıxardığını söyləyən sənətçi, "Yeni bir səhifə açdım. Bədənimə, ruhuma yaxşı gələn hər şeyə üstünlük verirəm", - dedi.

Konsert günü kulisdə anası Nesrin Ortaç da sənətçinin yanında idi. Sevgi həyatı ilə bağlı suallara isə aydınlıq gətirən müğənni dedi: "Mənim üçün artıq sevgi yoxdu. Ən önəmlisi sağlamlığım, səhnəm və mahnılarımdır".

Seçilən
63
sonxeber.az

1Mənbələr