“Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar zamanı yalnız humanitar məsələləri müzakirə edə bilər”.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Bizim memorandum danışıqlar üçün əsasdır. Nümayəndə heyətimiz humanitar məsələləri - hərbi əsirlərin və oğurlanmış uşaqların taleyini və ya atəşkəsi müzakirə etmək səlahiyyətinə malikdir. Lakin onların Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müzakirə etmək mandatı yoxdur. Bu, bizim konstitusiya məsələmizdir", - deyə o müsahibəsində bildirib.
Fidan Hacızadə
Sfera.az