AMEA prezidenti, akademik İsa Həbibbəylinin aylıq maaşı haqda məlumat yayılıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı sabiq deputat, alim Etibar Əliyev sosial şəbəkələrdə yazıb. O bildirib ki, İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin 3 çağırış deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8.000 manat) alır:
“Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır, üstəlik, akademik adına görə 2000 manat əlavə pul alır. AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manatdır.
O, həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur”.