AZ

Azərbaycan XİN Avstriyaya başsağlığı verib

Bakı. Trend:

Avstriyanın Qraz şəhərindəki orta məktəbdə günahsız şagird vəmüəllimlərin həyatına son qoyan faciəli atışma bizikədərləndirdi.

Trend xəbər verir ki, bu barədəAzərbaycan Xarici İşlər Nazirliyi sosial "X" sosial hesabındapaylaşım edib.

"Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriyahökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Xəsarətalanların tez və tam sağalmasını arzu edirik", - paylaşımda qeydedilib.

Xatırladaq ki, Avstriyada məktəbdə baş verən atışmada 11 nəfərhəlak olub, 30-a yaxın insan yaralanıb. Onlardan, ən azı, 4-nünvəziyyətinin son dərəcə ağır olduğu bildirilir.

Məqalədə:
Seçilən
90
30
az.trend.az

5Mənbələr