AZ

Xaçmaz İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

Ajans.az xəbər verir ki Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Gülalan kəndində növbəti səyyar qəbulunu keçirib. Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Gülalan, Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirkaçıları əvvəlcə şəhid Fizuli Yarməmmədovun büstü önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Seçilən
21
1
Ajans.az

2Mənbələr