Azərbaycan iqtisadiyyatına son 20 ildə 338 milyard dollardan çox investisiya yatırılıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov bildirib.
O vurğulayıb ki, yaradılmış əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır: "Nəticə olaraq, son 20 ildə iqtisadiyyatımıza 338 milyard dollardan çox investisiya yatırılıb".
Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, əlverişli investisiya mühiti yaradılıb: "Ötən il Azərbaycanın iqtisadiyyatı 4,1 % artıb, qeyri-neft-qaz sektoru isə 6,2 % böyüyüb".
Baş nazir vurğulayıb ki, ölkənin xarici borcu ÜDM-in 7 %-dən azını təşkil edir, valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələyir: "Vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, hüquqi bazanın təkmilləşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, mülkiyyətin toxunulmazlığı sahəsində tədbirlər həyata keçirilir".
O qeyd edib ki, Ələt Azad İqtisadi Zonası da investorlar üçün unikal şərait təklif edir.