AZ

Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski

Yalnız Ukrayna prezidenti Rusiya ilə ərazilərlə bağlı danışıqlar apara bilər.

Xəzərnews.az xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstan nəşrinə müsahibəsində prezident Vladimir Zelenski deyib.

"Ərazilər üzrə dialoqun aparılması mənim və Rusiya prezidenti Vladimir Putin arasında olan məsələdir. Mən bu məsələ ilə bağlı mövqeyimi başqa heç kimlə müzakirə etməyəcəyəm", - o vurğulayıb.

Zelenski deyib ki, danışıqlarda Ukrayna nümayəndə heyəti ərazi məsələləri üzrə dialoq aparmaq səlahiyyətinə malik deyil: "Onların səlahiyyətlərinə humanitar sahə və atəşkəs məsələsi daxildir".

Xəbər 3 dəfə oxunub.
Seçilən
104
xezernews.az

1Mənbələr