Azərbaycanın FIFA referisi Elçin Məsiyevin Slovakiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında idarə edəcəyi ilk oyun bəlli olub.


Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı referi B qrupundakı Çexiya - İngiltərə matçında ədaləti qoruyacaq.


Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək gösətərəcəklər. İtaliyalı Simone Sozza dördüncü hakim funksiyasını yerinə yetirəcək.


VAR-da alman Sören Storks, AVAR-da italyan Daniele Çiffi əyləşəcəklər. Hakim-inspektor sloveniyalı Darko Çeferin olacaq.


Çexiya - İngiltərə oyunu iyunun 12-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.