ain.az, Yenisabah portalına istinadən məlumat yayır.
Müğənni Nigar Camal yenə həmkarı Şəbnəm Tovuzluya söz atıb.
Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, "afaqla 10lar" verilişində aparıcı Afaq Gəncəli müğənni Samir Piriyevə sual ünvanlayıb.
Afaqın "Bu məşhurlardan hansı Nigarın yanına gəlib bir neçə fənd öyrənmək istəsə, özü onları yıxar: Roza Zərgərli, Nərmin Kərimbəyova, yoxsa Şəbnəm Tovuzlu" sualına Nigar "Kataqoriya (Şəbnəm açıqlamalarından birində kateqoriya sözünü səhvən "kataqoriya" deyib - red.)" cavabını verib.
Samirin "Şəbnəmlə aranızda nəsə olub" sualını təsdiqləyən Nigar "Kataqoriyadır da. Heç nə" reaksiyasını verib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala səbəb Şəbnəmin kəməri tərs taxması idi. Nigar onun bu hərəkətini ələ salmışdı. Ondan sonra Şəbnəm və Nigar dəfələrlə bir-birinin ünvanına tənqidlər səsləndirib. Daha sonra isə Şəbnəmin duet təklifinə Nigar janrlarının uyğun olmadığını deyərək, imtina etmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.