AZ

COBRA II zirehli maşınlarının ilk partiyası artıq Rumıniyandadır

“Otokar” şirkətinin Sakarya şəhərində yerləşən müəssisəsində istehsal olunan COBRA II zirehli nəqliyyat vasitələrinin ilk partiyası Rumıniyanın Mediaş şəhərinə çatıb.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, zirehli nəqliyyat vasitələrinin yerli inteqrasiya işləri Rumıniyada aparılacaq.

COBRA II-lər üzərində görüləcək bütün işlər yekunlaşdıqdan sonra zirehli maşınlar Rumıniya Silahlı Qüvvələrinə təhvil veriləcək.

Qeyd edək ki, cari ilin aprelində Türkiyənin qlobal quru sistemləri istehsalçısı “Otokar” şirkəti Rumıniyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan “Automecanica S.A.” ilə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Otokar Land Systems SRL” və “Automecanica S.A.” şirkətlərinin hər biri birgə müəssisədə 50%-lik paya sahibdirlər. Şirkətlər tərəfindən yaradılan birgə müəssisənin COBRA II 4×4 ATBTU zirehli maşınlarının istehsalı ilə yanaşı, mühəndislik, marketinq və satış sonrası kimi fəaliyyətləri də həyata keçirməsi planlaşdırılıb.

Xatırladaq ki, “Otokar”, 2024-cü il martın 20-də “C.N. Romtehnica S.A.” tərəfindən elan olunan 4×4 Yüngül Zirehli Taktiki Nəqliyyat Vasitələrinin alınması tenderinə təklif verib.

Texniki dəyərləndirmə, sahə sınaqları və maliyyə qiymətləndirmələri mərhələlərinin uğurla tamamlanmasının ardından “Otokar” tenderin qalibi elan olunub və 2024-cü il noyabrın 27-də “Otokar” ilə “C.N. Romtehnica S.A.”  arasında Rumıniya Müdafiə Nazirliyinə 1.059 ədəd COBRA II 4×4 zirehli nəqliyyat vasitəsinin tədarükünə dair 4.26 milyard RON (903 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində ilk 278 ədəd COBRA II 4×4 yüngül zirehli taktiki nəqliyyat vasitəsi Türkiyədə, qalan hissəsi isə Rumıniyada istehsal ediləcək. Onların tədarükü ilə bağlı işlər beş il ərzində partiyalar halında həyata keçiriləcək. Müqavilə həmçinin inteqrasiya olunmuş logistik dəstək xidmətlərini də əhatə edir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

505829193

Seçilən
67
1
poliqon.az

2Mənbələr