ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
Qazaxıstanın keçmiş müdafiə naziri Ruslan Jaksılykovun saxlanılması və təcridxanaya göndərilməsi ilə bağlı məlumatlar yayılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, eks-nazir sosial şəbəkə vasitəsilə yayılan məlumatları təkzib edib.
"Cəfəngiyatdır. İlk növbədə, rəsmi mənbələrə inanmaq lazımdır. Mən məzuniyyətdəyəm. Mənə istirahət etmək imkanı verilib. Üç il yarımdır ki, məzuniyyətə çıxmıram. Bilirsiniz, xidmət bunu tələb edir", - Jaksılykov bildirib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Sabiq nazirin sözlərinə görə, o, həyat yoldaşı və uşaqları ilə Astanada evdədir.
Qeyd edək ki, iyunun 8-də Jaksılykov Ruslan Fatixoviç Qazaxıstan Respublikasının müdafiə naziri vəzifəsindən azad edilib.
Gülayə Mecid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.