AZ

Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayı açıqlanıb

Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayı açıqlanıb...

Poliqon ADY-yə istinadən xəbər verir ki, 6-9 iyun tarixlərində BakıAğstafaBakı marşrutu üzrə 7 əlavə reys, BakıQəbələBakı xətti üzrə 4 əlavə reys təyin olunub. BakıBalakənBakı marşrutu üzrə isə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.

Qeyd edilib ki, 5 iyunda BakıBalakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb. Qeyd edək ki, həftəiçi BakıBalakənBakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə BakıBalakənBakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.

6-9 iyun tarixlərində BakıAğstafaBakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. BakıQəbələBakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib.

6-9 iyun tarixlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla həmin tarixlərdə 45 361 nəfər daşınıb.

Ümumilikdə 6-9 iyun tarixlərində qatarlarla 54 675 nəfər səyahət edib.

Poliqon.info

Seçilən
71
28
poliqon.info

10Mənbələr