AZ

Erməni deputatın iddiası: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb

“Ermənistan hakimiyyəti anlayır ki, onların cəmi bir neçə ayı qalıb, xalq artıq onları qəbul etmir.”

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu iddianı “Ermənistan” blokunundeputatı Qarnik Danielyan səsləndirib.

Onun iddiasına görə, hazırkı iqtidarın qanuni yollarla hakimiyyətdə qalmaq şansı qalmayıb. Müxalifət baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün hər gün aktiv addımlar atır.

Danielyanın fikrincə, parlament seçkilərinə ehtiyac qalmadan bu proses başa çatmalıdır.

Qeyd edək ki, Qarnik Danielyan Ermənistanın keçmiş prezidenti Robert Köçəryana yaxınlığı ilə bilinir.

Bizim.Media

Seçilən
6
1
bizim.media

2Mənbələr