“Sabah “Ermənistan” və “Şərəfim var” blokları arasında danışıqlar aparılacaq və biz bir sıra suallara yekun cavab alacağıq”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan belə deyib.
Ermənistanın eks-prezidenti Robert Köçəryanla bu məsələ ilə bağlı danışıqlar aparıb-aparmadığına dair suala Sarkisyan mənfi cavab verib.
O, küçələrdə etiraz hərəkatının yaranacağına əmin olduğunu bildirib. Onun fikrincə, hökumət başçısıNI etimadsızlıq səsverməsi keçirməklə mat etmək mümkün olacaq. “Biz şahı yalnız bugünkü hakimiyyətə bəyan etmişik və elan edəcəyik. Bizim şah elan edəcəyimiz başqa bir fiqur yoxdur”, - deyə Sarkisyan qeyd edib.