AZ

Bu şəxslər iş tapmaqda çətinlik çəkirlər

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəllər məhkum olunmuş şəxslər azadlığa çıxdıqdan sonra iş tapmaqda

çətinlik çəkirlər. Müəyyən sahələr var ki, məhkumluğu olan və ödənilməyən

şəxslər həmin yerlərdə işləyə bilməz. Bu sahələr hansıdır?

Hüquqşünas Fariz Namazlı Metbuat.az-a açıqlamasında bildirib ki, məhkumluğu

ödənilməmiş və ya götürülməyən şəxslər dövlət qulluğu, bələdiyyə qulluğunda

işləyə bilməz:

“Ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən

götürülməmiş və ya ödənilməmiş şəxslər, həmçinin uşaqlara qarşı cinsi istismar

və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji

fəaliyyətlə məşğul ola bilməzlər. Qəsdən az ağır, ağır və ya xüsusilə ağır

cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər vəkil

ola bilməz”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

F.Namazlı qeyd edib ki, bəzən məhkəmə hökm çıxararkən şəxsin müəyyən müddətə

vəzifə tutmaq hüququndan məhrum etməklə əlavə cəza təyin edir:

“Bu halda həmin şəxs hökmdə göstərilən müddətdə göstərilən fəaliyyətlə

məşğul ola bilmir. Lakin həmin şəxslərin məhkumluğu ödənildikdən sonra qeyd

edilən sahələrdə işləyə bilərlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
metbuat.az

2Mənbələr