Avropa Komissiyası (AK) Rusiya neftinin “qiymət tavanını” bir barel üçün 60 dollardan 45 dollara endirməyi təklif edib.
Editor.az xəbər verir ki, bunu Avropa İttifaqının prezidenti Ursula fon der Lyayen deyib.
Aİ həmçinin daha 22 Rusiya bankının SWIFT sistemindən çıxarılmasını, 77 “kölgə donanması” tankerinin sanksiya siyahısına əlavə edilməsini və Aİ ölkələrinə Rusiya xammalından neft məhsulları almağı qadağan etməyi təklif edib.
Aİ Rusiyaya ixrac məhdudiyyətlərini ümumilikdə 2,5 milyard avro artırmağı planlaşdırır.
“Politico”nun məlumatına görə, Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaların 18-ci paketini iyunun 20-də ABŞ-la mövqedə razılaşacağı təqdirdə səsverməyə çıxara bilər.
Rusiya prezidenti Vladimir Putin iyunun 10-da Rusiya Federasiyasının Rusiya neftinin qiymət tavanını 2025-ci ilin sonuna qədər uzaddığını açıqlayıb.Sənəddə bildirilir ki, G7 ölkələri tərəfindən müəyyən edilmiş tavan qiymətlərlə bağlanmış müqavilələr çərçivəsində neft və neft məhsullarının ixracına qoyulan qadağa 31 dekabr 2025-ci ilə qədər uzadılıb.
//Gülnarə Abasova, Editor.az