AZ

Dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü mövzusunda təlim keçirildi

Jurnalistlər üçün “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil edilib.

Publika.az xəbər verir ki, təlim Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Media İnkişafı Agentliyinin iqamətgahında baş tutub.

BMT Müxbirlər Assosiasiyasının üzvü olan təlimçi Stefano Vaccara və Jordan Dakamseh azərbaycanlı jurnalistlərlə öz təcrübələrini bölüşməklə yanaşı, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə dezinformasiya və misinformasiya ilə mübarizə aparma yollarından bəhs ediblər.

Onlar həmçinin jurnalistikada neytrallığın obyektivliklə eyniyyət təşkil etmədiyini vurğulayaraq obyektivliyin jurnalistikanın sütununu təşkil etdiyini vurğulayıblar.

Seçilən
20
6
publika.az

7Mənbələr