BAKI, 10 iyun. TELEQRAF
Rusiyaya aid silah və hərbi texnikanın əksəriyyəti xüsusi əməliyyatzamanı döyüş şəraitində sınaqdan keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Rostec”in rəhbəri Sergey Çemezov mətbuata müsahibəsində Rusiya silahlarının əsas üstünlüyündən danışarkan deyib.
O xatırladıb ki, ordu hücumlar zamanı "Su-35" və "Su-57" qırıcıları, "Su-34" qırıcı-bombardmançıları, "Ka-52M" və "Mi-28NM" döyüş helikopterləri, artilleriya sistemləri, tanklar və digər zirehli texnikalardan istifadə edir. Rusiya Silahlı Qüvvələri də yeni atıcı silah və texnikadan istifadə edir.
"Hazırda məhsullarımızın böyük əksəriyyət döyüş zonasında sınaqdan keçirilib. Onların hamısı yüksək effektivliyini sübut edib, modernləşdirilib və yeni vəzifələrə, şərtlərə və təhlükələrə uyğunlaşdırılıb. Bu, bizim məhsullarımızın üstünlüyüdür", - Çemezov bildirib.