NASA alimləri şərti olaraq “2024 YR4” adlandırılan asteroidi əvvəl Yer planetinə təhdid sayırdılarsa, son hesablamalara görə, indi onun Yerin təbii peyki olan Ayla toqquşması riski əhəmiyyətli artıb. Gözlənilən tarix – 22 dekabr 2032-ci ildir.
Bu barədə “Independent” nəşri yazır.