AZ

BilBacar müsabiqəsinin qalibləri elan olundu

2024-cü ilin oktyabr ayından etibarən davam edən BilBacar müsabiqəsinin qalibləri bəlli oldu.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, finalçılar öz hesablarına daxil olaraq final imtahanında topladıqları balı görə bilərlər.

Eyni zamanda əvvəlcədən elan olunduğu kimi müsabiqədə iki kateqoriya – “ən fəal iştirakçılıq” və “ən yaxşı nəticə” kateqoriyaları üzrə qalib məktəblər də seçilib.

“Ən fəal iştirakçılıq” nominasiyası üzrə qalib məktəblər aşağıdakılardır:

  • Oğuz rayonu, Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbi,
  • Oğuz rayonu, Bayan kənd tam orta məktəbi,
  • Oğuz rayonu, Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbi,
  • Şamaxı rayonu, Ağadur Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbi,
  • Quba rayonu, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi,
  • Xaçmaz rayonu, Tarverdi Bayramov adına Müşkür kənd tam orta məktəbi,
  • Sumqayıt şəhəri, humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad’ liseyi,
  • Quba şəhəri, Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəb,
  • Xaçmaz şəhəri, İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb,
  • Siyəzən şəhəri, Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəb.

“Ən yaxşı nəticə” nominasiyası üzrə qalib məktəblər aşağıdakılardır:

  • Sumqayıt şəhəri, təbiət elmləri təmayüllü gimnaziya,
  • Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü lisey,
  • Oğuz şəhəri, Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey,
  • Ağdaş şəhəri, Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya,
  • Lənkəran şəhəri, Səidəli Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü lisey,
  • Şəki şəhəri kimya və biologiya təmayüllü lisey,
  • Sumqayıt şəhəri, Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi,
  • Zaqatala şəhəri, Şixamir Qaflanov adına humanitar fənlər gimnaziyası,
  • Gəncə şəhəri, İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-lisey,
  • Sumqayıt şəhəri, Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəb.

Xatırladaq ki, qaliblər 8, 9 və 10-cu siniflər üzrə ayrı-ayrı seçilib.

Qalibləri təbrik edir və onlara daha böyük uğurlar arzu edirik!

Seçilən
39
4
operativmm.az

5Mənbələr