AZ

50 yaşlı qadın paltar asarkən eyvandan yıxıldı

Bərdədə 50 yaşlı qadın paltar asarkən yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, 1975 - ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.

Yaralı Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Seçilən
74
6
axar.az

10Mənbələr