Misli Premyer Liqası təmsilçilərindən "Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib.
Missiya.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həmin posta Adil Şükürov gətirilib.
Təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Şükürov 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"ə rəhbərlik etmişdi.