
Sabah Bakının Suraxanı rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonu ərazisində orta təzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması məqsədi ilə iyunun 11-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.