Bakıda avtobusla Yol Patrul Xidməti (YPX) avtomobili toqquşub.
Musavat.com xəbər verir ki, hadisə Nizami rayonunda, Mehdi Abbasov küçəsində baş verib.
36 saylı marşrut xəttində işləyən avtobus YPX maşınına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Musavat.com