AZ

Ukrayna silahlı qüvvələri Belqorod vilayətini atəşə tutub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Şebekino rayonunu yenidən atəşə tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, mülki şəxslər arasında xəsarət alan yoxdur.

Qubernator qeyd edib ki, Şebekino şəhərində Ukrayna pilotsuz uçuş aparatının partlaması nəticəsində iki yük avtomobili zədələnib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Novaya Tavoljanka kəndində iki fərdi yaşayış evində və üç yardımçı tikilidə dam örtükləri zədələnib, pəncərələr sınıb, hasarlar dağılıb. Həmçinin bir minik avtomobilinin ön şüşəsi qırılıb.

“Ternovoye kəndində FPV-dronun hücumu nəticəsində park edilmiş “Qazel” markalı avtomobilin kabinəsi zədələnib. Bundan əlavə, evdəki şüşə və hasar zədələnib”, – Qladkov əlavə edib.

Seçilən
55
nocomment.az

1Mənbələr