Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç Benyamin Netanyahunun koalisiyasına daxil olan radikal millətçi partiyaların liderləri İtamar Ben-Qvir və Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, hər iki nazirin sözügedən ölkələrə girişi qadağan ediləcək və onların aktivləri dondurulacaq.
"İtamar Ben-Qvir və Bezalel Smotriç israilliləri fələstinlilərə qarşı zorakı ekstremist hərəkətlər və ciddi insan haqları pozuntuları törətməyə təhrik edir. Bu cür hərəkətlər qəbuledilməzdir", - Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi və digər dörd ölkədən olan həmkarlarının birgə bəyanatında deyilir.