Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
Korrespondent.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan “VAZ 2107” ilə “VAZ 21015” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1997-ci il təvəllüdlü O.Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.