AZ

Fernandu Santuş: Latviya və Macarıstanla görüşlərdə oyunçularımdan razı qaldım

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Oyuna yaxşı başlamasaq da, bərabərlik qoluna imza atdıq. İkinci qola kimi matç balanslı şəkildə gedirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan ilə keçirdikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ikinci hissənin özləri üçün çətin keçdiyini bildirib: "Macarıstan millisinin çox yaxşı oyunçuları var. Topa nəzarət baxımından üstün idilər. Amma sonadək futbolçularım uğurlu nəticəyə inanırdı. Futbolda bəxt amili də önəmlidir. Latviya və Macarıstanla görüşlərdə oyunçularımdan razı qaldım".

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
4
azertag.az

5Mənbələr