AZ

Türkiyədə “Coca-Cola” şirkəti ilə bağlı araşdırma başladı

Türkiyədə məşhur “Coca-Cola” şirkəti ilə bağlı araşdırma başladılıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin Rəqabət qurumu “Coca-Cola”ya qarşı satış məntəqələrində digər rəqiblərinin satışının qarşısını almaq və çətinləşdirmək məqsədi daşıyan fəaliyyətlə məşğul olması şübhəsi ilə araşdırma aparır.

"Coca-Cola"nın Türkiyədə 2021-ci ildə götürdüyü öhdəliklərə əməl edib-etmədiyi də araşdırılacaq.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə bildiriləcək.

Seçilən
40
17
olke.az

10Mənbələr