Belarus Prezidenti Aleksandr Lukaşenko iş gününün necə başladığı barədə danışıb.
Onun sözləri "Pervıy Pul" teleqram kanalında paylaşılıb.
Dövlət başçısı bildirib ki, iş gününə səhər saat 07:00-dan sonra başlayır (Bakı vaxtı 08:00-da).
Lukaşenko etiraf edib ki, səhər oyanan kimi ilk olaraq televizoru açır, lakin baxmağa maraqlı heç nə olmadığından gileylənib:
"Bütün kanallarınız, filmlər, üçüncü kanal – çox diqqətlə izləyirəm. Baxacaq heç nə yoxdur, hər şey köhnədir," – deyə o vurğulayıb.
Prezident qeyd edib ki, bu gün 1986-cı ildə rejissor Mixail Ptaşuk tərəfindən çəkilmiş "Bədbəxtlik əlaməti" filmini izləyib. Onun sözlərinə görə, bu yaxşı filmdir, lakin yalnız öz dövrü üçün aktual olub.
"Həmişə şikayətlənirik: səhnələr uzadılıb, dinamika yoxdur və s. O zamanlar müharibədən sonrakı 50-ci illər – ağrı, ürək dağılırdı bu səhnələrlə. O dövrdə bu təsirli idi. İndi isə milyonlarla kanal var: tıkladın – başqa kanala keçdin," – deyə Lukaşenko bildirib.
O əlavə edib ki, "Belarusfilm"in yaxşı bir keçmişi var, lakin müasir reallıqlara uyğunlaşmaq lazımdır – necə ki, bunu Rusiya edir.