AZ

Avropa çempionatı: Azərbaycan güləşçiləri 3 medal qazandılar

Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək idmançılar arasında güləş üzrə Avropa çempionatı davam edir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz "tuş"la qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.

***21:05

Azərbaycanın iki yunan-Roma güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Abdurrahman Hüseynli (45 kq) ukraynalı İqor Tutskanyuka (9:0) və moldovalı Vadim Tarelunqaya (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəliblər.

15 yaşlı güləşçimiz yarımfinalda rusiyalı Artyom Tkaçenko üzərində inamlı qələbə qazanıb - 9:2. Abdurrahman sabah finalda gürcüstanlı Saba Abaşidzeylə güləşəcək.

Elşad Abbasov (51 kq) polşalı Maçiey Qriniaya (9:0) və türkiyəli Serkan Gülləyə (17:9) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Elşad finalın bir addımlığında ermənistanlı Marat Atşemyanla bacarmayıb - 0:10. Abbasov bürünc medal uğrunda qarşılaşmada Keve Kovaç (Macarıstan) - İosif Stratan (Moldova) görüşünün qalibiylə üz-üzə gələcək.

Əli Nəzərov (60 kq) ukraynalı Denis Seredinə 4:1 hesabıyla, moldovalı Vlad Duminikaya isə tam üstünlüklə (8:0) qalib gələrək yarımfinala adını yazdırıb.

Əli yarımfinalda türkiyəli Abdul Arslantaşdan güclü olub - 3:1. Nəzərov finalda ermənistanlı Hayk Manukyanla qarşılaşacaq.

Seçilən
68
26
far.az

10Mənbələr