AZ

Slovakiya Rusiyaya qarşı 18-ci sanksiya paketinə qarşı çıxıb

Slovakiya Rusiyaya qarşı 18-ci sanksiya paketinə qarşı çıxıb.

Operativ Media xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fico açıqlama yayıb.

O bidirib ki, ölkəsi Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiya paketini dəstəkləməyəcək.

Robert Fico, bu qərarın Slovakiyanın milli maraqlarına əsaslandığını bildirib.

Fico daha əvvəl də, Rusiyaya qarşı sanksiyaların effektivliyini sual altına almış və iqtisadi təsirlərinə görə ehtiyatlı yanaşma nümayiş etdirmişdi.

Slovakiya Aİ daxilində bu mövqeyilə fərqlənən üzv ölkələrdən biri olaraq çıxış edir.

Seçilən
40
operativmedia.az

1Mənbələr