AZ

Bu şirkət 1500 manat cərimələndi

Dövlət Gömrük Komitəsi (DGK) “Aqro RR” MMC-ni inzibati məsuliyyətə cəlb edib.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə şirkət 1500 manat cərimələnib.

Seçilən
13
2
nocomment.az

10Mənbələr