ain.az, GlobalInfo saytına istinadən bildirir.
“Mançester Siti” klubu “Lion”un yarımmüdafiəçi Rayan Şerkini transfer edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, “şəhərlilər” 21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə bağlayıb.
“Mançester Siti”nin Fransa millisinin futbolçusunun keçidinə görə 40 milyon avro ödədiyi bildirilir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, Şerki 2020-ci ildən “Lion”un əsas komandasında oynayıb. Bu müddət ərzində o, bütün yarışlarda 185 oyun keçirib, 29 qol vurub və 45 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.