AZ

Danışıqların yeni raundu yaxın vaxtlarda Moskvada olacaq

“Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “narahatedici elementlərin” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər”.

Bunu TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.

Diplomatın sözlərinə görə, nümayəndə heyətləri arasında danışıqların yeni raundu çox yaxın vaxtlarda Moskvada baş tutacaq.

Səfir vurğulayıb ki, Rusiya-Amerika münasibətlərinin “bərpası” hələ çox uzaqdadır və proses ləngiyir.

“Cebheinfo.az”

Seçilən
73
8
cebheinfo.az

9Mənbələr