Bakı. Trend:
Dünyanın ən qədim və ən böyük ultramarafonu olan əfsanəvi“Comrades” marafonu uğurla “Azerspace-1” peyki vasitəsiləyayımlandı və bu möhtəşəm tədbir dünya üzrə izləyicilərə təqdimolundu.
“Azərkosmos”dan Trend-ə bildirilib ki, təxminən 88 kilometr (55 mil)məsafəni əhatə edən bu yarış hər il Cənubi Afrikada Durban vəPietermaritzburq şəhərləri arasında keçirilir.
“Azerspace-1” peykinin etibarlı və geniş əhatə dairəsi sayəsindədünyanın istənilən yerindən azarkeşlər bu məşhur marafonu realvaxtda izləyə bildilər.
“Azerspace-1” geniş əraziləri əhatə edən fasiləsiz yayımimkanları ilə əsas idman tədbirlərinin yayımında mühüm roloynamaqda davam edir.