AZ

Ukraynada ordudan yayındı, Avropada həbsə düşmək üçün 5 nəfəri bıçaqladı

BAKI, 11 iyun. TELEQRAF

Ötən mart ayında Amsterdamda 5 nəfəri bıçaqlamaqda şübhəli bilinən 30 yaşlı ukraynalı Roman D.-nin məqsədi Avropada həbsxanaya düşmək imiş.

Teleqraf xəbər verir ki, bu barədə Hollandiyanın NOS nəşri məlumat yayıb.

Roman Ukrayna ordusundan fərarilik etdiyi də bildirilir.

Media Romanın keçmiş yoldaşları ilə danışıb və onlar bildiriblər ki, gənc hətta Ukraynanı tərk etməmişdən əvvəl dəfələrlə Avropa həbsxanasına düşmək arzusunu bildirib.

Romanı tanıyanlardan biri deyib: "O, tez-tez Norveçdə həbsxanaya düşmək və ömrünün sonuna qədər orada qalmaq üçün kimisə öldürmək istədiyini söyləyirdi. Roman ömürlük həbs cəzasını ala bilmək məqsdəilə müxtəlif ölkələrin qanunlarını öyrənirdi. O, uzun müddətdir ki, psixi vəziyyəti normal olmayan adanm təsiri bağışlayırdı. Romanın Amsterdamda nə etdiyini ilk dəfə eşidəndə düşündüm: "O axmaq arzusunu gerçəkləşdi".

Seçilən
56
teleqraf.com

1Mənbələr