AZ

Avrozonada investorların inam indeksi yüksəlib

Bakı. Trend:

Avrozonada investorların inam indeksi son bir ilin maksimumsəviyyəsinə yüksəlib.

Trend xəbər verir ki,investorların may ayında mənfi 8,1 olan inam indeksi iyunda 0,2olub. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək səviyyədir.Bazar proqnozları isə indeksin mənfi 6 səviyyəsinə yüksələcəyiistiqamətində idi.

İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer veriləngözləntilər indeksi də 3,8-dən 14,3-ə yüksəlib. Beləliklə indeksson iki ayda 30,1 bənd artıb.

Cari vəziyyət indeksi isə mənfi 19,3-dən mənfi 13-ə yüksələrəkötən ilin iyunundan bu vaxtadək ən yüksək səviyyəyə çatıb.

Seçilən
43
3
az.trend.az

4Mənbələr