Ajans.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Təlimlərdə fransız hərbçilərindən əlavə, Polşa və İrlandiya nümayəndələri də iştirak edir. Məlumatda deyilir: "Buraya 400 əsgər, 50 zirehli texnika, bir neçə helikopter və mühəndis texnikası, döyüş təyyarələri, həmçinin Polşa və İrlandiya bölmələrindən 150 əsgər cəlb olunacaq".

Təlimklərin çoxməqsədli olduğu bildirilir. Onlar yüksək intensivlikli münaqişəyə hazırlıq keçirlər və müttəfiqlər arasında koordinasiya və qarşılıqlı əlaqədə təcrübə edirlər.