"Apple" rəsmi olaraq "Intel" prosessorlu "Mac" kompüterlərinə dəstəyi dayandırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg"in jurnalisti Mark Qurman "X" sosial şəbəkəsində məlumat paylaşıb.
O qeyd edib ki, sistemin son yenilənmə versiyalarını yalnız 2019-cu il "Mac Pro", "MacBook Pro", eləcə də 2020-ci il "iMac" modelləri qəbul edəcək.
Məlumatda, həmçinin bildirilir ki, şirkət gələcəkdə bütün diqqətini "Apple Silicon" ekosisteminin inkişafına yönəldərək, öz prosessorlarına keçidi yeddi ildən sonra tamamlamağa hazırlaşır.