AZ

Bibisi oğlunu öldürmək istəyən şəxs cəzasının yügülləşdirilməsini istəyir

Bakıda bibisi oğlunu öldürməyə cəhddə təqsirləndirilən Rahib Niyyətovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

İttihama görə, hadisə 10 iyul 2023-cü il tarixdə, saat 02:00 paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Rahib Niyyətova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürüb.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

 

Tarix: 11 İyun 2025, 08:53   
Seçilən
31
3
pravda.az

4Mənbələr