AZ

Millimiz Macarıstana məğlub oldu

Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

Msport.az xəbər verir ki, A milli Macarıstan yığması ilə qarşılaşıb. “Liv Bona Dea Arena”da təşkil olunan oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 7-ci dəqiqədə Renat Dadaşov vurub.

Qeyd edək ki, millimiz iyunun 7-də keçirilən ilk yoldaşlıq görüşündə Latviya yığması ilə Riqada 0:0 hesablı heç-heçə edib.

 

Azərbaycan – Macarıstan – 1:2

Qollar: Renat Dadaşov, 7 – Barnabas Varqa, 5; Dominik Soboslai, 33

Azərbaycan: 1. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə, 18. Cəlal Hüseynov (19. Nəriman Axundzadə, 55), 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev (17. Toral Bayramov, 55), 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev (6. Səbuhi Abdullazadə, 69), 8. Emin Mahmudov (k), 20. İsmayıl İbrahimli (24. Rauf Rüstəmli, 85), 9. Renat Dadaşov (22. Musa Qurbanlı, 69), 10. Mahir Emreli (11. Xəyal Əliyev, 69)

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Aydın Bayramov, 2. Zamiq Əliyev, 15. Şahin Şəhniyarov, 16. Ceyhun Nuriyev, 21. Mert Çelik

Baş məşqçi: Fernandu Santuş

Macarıstan: 12. Balaj Tot (22. Peter Sappanoş, 58), 6. Villi Orban, 7. Loik Neqo (17. Kallum Staylz, 72), 15. Marton Dardai, 14. Bendequz Bolla (2. Attila Osvat, 58), 18. Jolt Naqi, 13. Andras Şefer (25. Aron Çonqvai, 85), 21. Aleks Tot (24. Bense Dardai, 58), 20. Roland Sallai (23. Kevin Çobot, 46), 10. Dominik Soboslai, 19. Barnabas Varqa

Ehtiyat oyunçular: 1. Deneş Dibuş, 3. Botond Baloq, 4. Attila Moçi, 5. Qabor Salai, 8. Tamaş Nikitşer, 26. Milan Vitaliş

Baş məşqçi: Marko Rossi

Seçilən
10
4
msport.az

5Mənbələr