AZ

Cənubi Koreya qırıcısı Alyaskada yandı

Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus KF-16 qırıcısı Alyaskada “Red Flag-Alaska” təlimində iştirak edərkən yanıb.

Publika.az xəbər verir ki, bu barədə YONHAP agentliyi məlumat yayıb. Ekipaj üzvləri tullanmaq məcburiyyətində qalıb. Hər iki ekipaj üzvü xəsarət almasa da, ən yaxın tibb müəssisəsinə aparılıb.

Xəbər agentliyinin qeyd etdiyi kimi, iki nəfərlik qırıcıda yanğın baş verib, lakin dəymiş ziyanın dəqiq miqyası göstərilmir. Cənubi Koreyanın hərbi komandanlığı insidentin səbəblərini aydınlaşdırmaq üçün amerikalı həmkarları ilə əməkdaşlıq edir.

Seçilən
38
publika.az

1Mənbələr