AZ

Pentaqon: Ukraynaya hərbi yardımın məbləği azaldılacaq

Ukraynaya hərbi yardımın məbləği növbəti müdafiə büdcəsində azaldılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı deyib.

O bildirib ki, hazırkı administrasiya bu münaqişəyə çox fərqli tərəfdən baxır. “Biz inanırıq ki, danışıqlar, sülh yolu ilə nizamlanma hər iki tərəfin və millətlərimizin maraqlarına daha uyğundur”, - deyə o bildirib.

2022-ci ilin fevralından bu yana ABŞ Ukraynaya 66 milyard dollardan çox yardım edib.

Seçilən
67
6
xezerxeber.az

7Mənbələr