AZ

Azərbaycan Özbəkistanda yeni ticarət nümayəndəliyi açacaq

Ajans.az xəbər verir ki bunu Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında deyib. E.Əliyev ölkələr arasında yüksək səviyyəli səfərlərin artıq ənənə halını aldığını və bunun ikitərəfli münasibətlərin dərinliyini əks etdirdiyini vurğulayıb. O, ticarət dövriyyəsinin dinamikasından danışaraq, əhəmiyyətli artımı qeyd edib. "Ticarət dövriyyəsi artıq qeyd olunub - demək olar ki, dörddə bir milyard dollar. Amma daha vacibi odur ki, bizim məlumatlara görə, son dörd ayda bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb", - Əliyev bildirib.
Seçilən
44
1
Ajans.az

4Mənbələr