Los-Ancelesin meri Karen Bass şəhərin bəzi mərkəzi bölgələrində komendant saatının tətbiq olunduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
Merin sözlərinə görə, bu addım bəzi etirazçıların qarışıqlıqdan sui-istifadə edərək törədə biləcəyi qanunsuz hərəkətlərin qarşısını almaq məqsədi daşıyır.
O, ABŞ Prezidenti Donald Trampın eskalasiyanı daha da gərginləşdirdiyini qeyd edib.