AZ

Millimizin baş məşqçisi: “Birdən birə onların qarşısına çıxaranda təbii ki, təcrübə baxımından məğlub olacağıq”

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Biz təcrübədə uduzduq”.

Bunu İdman.biz-ə kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Cəlalov deyib.

Mütəxəssis Gümüş Avropa Liqasının birinci mərhələsində oyunları dəyərləndirib. Məşqçi bildirib ki, İsveçə 0:3 hesabı ilə uduzduqları oyunda təcrübə faktorundan dolayı bir sıra məqamlarda çətinlik yaşayıblar: “Matç bəlli hesablara qədər bərabər getdi. Daha sonra isə təcrübə öz sözünü dedi. Bir neçə oyunçumuz istisna olmaqla, əksəriyyətinin yaşı 25-dən aşağıdır. Oyunlardan əvvəl sizə müsahibəmdə də qeyd etdim ki, heyətdəki voleybolçuların çoxu gənc olduğuna görə, onlar yalnız ölkə çempionatında oynayır. Birdən-birə İsveç kimi bir millinin qarşısına çıxaranda təbii ki, təcrübə baxımından məğlub olacağıq. İkinci setdə uşaqlar özlərini müəyyən qədər topladılar, hətta bəzi məqamlarda üstünlüyümüz də oldu. Rəqibi iki dəfə taym-out götürməyə məcbur elədik”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Cəlalov 3:0 hesabı ilə qalib gəldikləri Gürcüstanla matçda isə təcrübə baxımından rəqibi üstələdiklərini vurğulayıb: “Gürcüstanla oyun müəyyən bir yerə qədər bərabər getsə də, təcrübə baxımından üstün olduğumuz üçün biz qazandıq. Baxmayaraq ki, boyda biz onlara uduzurduq”.

Qeyd edək ki, millimiz Avropa Gümüş Liqasında 2 matçdan sonra 4 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. Komandamız turnirin növbəti mərhələsini evdə keçirəcək. Yığmamız Bakıda iyunun 13-də Lüksemburqu, ayın 15-də isə Macarıstanı qəbul edəcək.

Aytac Sahəd

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
icma.az

2Mənbələr