Bakı. Trend:
NASA Marsa göndəriləcək ESCAPADE (Escape and Plasma Accelerationand Dynamics Explorers – “Qaçış və Plazma Sürətlənməsi vəDinamikası Tədqiqatçıları”) missiyasını təsdiqləyib. Missiya ikikiçik aparatdan ibarətdir və onların əsas məqsədi Günəş küləyi iləMars atmosferi arasındakı qarşılıqlı təsirin dinamikasınıöyrənməkdir. Bu tədqiqat Mars atmosferinin itkisinin səbəblərinianlamağa kömək edəcək.
Trend xaricimediaya istinadla xəbər verir ki, hər iki zond sifarişçi tərəfindənvaxtında hazırlanıb və 2024-cü ilin oktyabrında “Blue Origin”şirkətinin “New Glenn” raketi ilə buraxılması planlaşdırılırdı.
Qeyd edək ki, bu, raketin ilk buraxılışı olacaqdı. NASA beləriskli seçimə görə buraxılış üçün ərazinin alınmasında böyükendirim əldə etmişdi. Missiyanın əhəmiyyət dərəcəsi agentliyə bucür qərarlar qəbul etməyə imkan verir. Lakin planlaşdırılmışburaxılışa bir ay qalmış agentlik bu fikirdən imtina edib. Səbəbisə buraxılış operatorunun daşıyıcı raketin vaxtında hazırolacağına zəmanət verə bilməməsi və oktyabr ayının sonlarındaburaxılış pəncərəsinin bağlanması idi.
“New Glenn” raketinin ilk buraxılışı yalnız bu ilin yanvarındareallaşıb və uğurlu olub. ESCAPADE zondları isə hələlikkonservasiya olunmuş vəziyyətdə raketlərini gözləyir. NASA-nınümumi büdcə məhdudiyyətləri və bu səbəbdən bəzi missiyaların ləğvifonunda bu layihənin ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyiilə bağlı suallar yaranmışdı. Lakin agentlik missiyanı Marsagöndərmək planlarından imtina etmədiyini təsdiqləyib.
ESCAPADE missiyasının elmi komandası layihə ilə bağlı bəzidetalları açıqlayıb. NASA hələ də zondların Marsa “Blue Origin”in“New Glenn” raketi ilə göndəriləcəyinə ümid edir, çünki şirkətləolan müqavilə ləğv edilməyib. Bir neçə uçuş trayektoriyası nəzərdənkeçirilir və yeni buraxılış imkanları bu ilin yayının sonundan2026-cı ilin yazına qədər baş verə bilər.
Əgər bu mümkün olarsa, aparatların Marsa 2027-ci ilinsentyabrında çatacağı gözlənilir.
Eyni zamanda, “Blue Origin” hələ də “New Glenn” raketinin ikinciburaxılışının nə vaxt baş tutacağını dəqiq deyə bilmir. ESCAPADEmissiyasının planlaşdırılması da bundan asılıdır. Şirkət daha əvvəlbildirmişdi ki, bu buraxılış üçün hələ uyğun yük axtarır. Əgər beləbir yük tapılmazsa, buraxılış maketlə həyata keçiriləcək. “NewGlenn” raketinin ikinci uğurlu buraxılışı onun hərbi sifarişlərüçün sertifikat almaq məqsədi üçün vacibdir. Bu isə “Blue Origin”inəsas hədəflərindən biridir. Şirkət “SpaceX” və “ULA” ilə müdafiəkontraktları sahəsində rəqabət aparmaq niyyətindədir.