AZ

Argentinanın keçmiş prezidentinə vəzifə tutmaq ömürlük qadağan edilib

Argentinanın Ali Məhkəməsi keçmiş prezident Kristina Fernandes de Kirşnerə verilən altı il həbs cəzasını qüvvədə saxlayıb. Həmçinin, ona ömürlük dövlət vəzifəsində işləmək də qadağan olunub.

Herbiand.az bildirir ki, bu barədə TN yazır.

“Ona ömürlük dövlət vəzifəsində işləmək qadağan edilib və qarşıdan gələn seçkilərdə iştirak etməyəcək. Keçmiş prezident altı illik cəzasını çəkmək üçün ev dustaqlığı tələb edə bilər”, - nəşrdə qeyd edilib.

Kirşner 2022-ci ildə korrupsiyaya görə 6 il həbs cəzasına məhkum edilib, lakin o dövrdə Argentinanın vitse-prezidenti vəzifəsində olduğu üçün həbsdə yatmayıb.

Bundan başqa, keçmiş prezident 2024-cü il oktyabrın 15-də müxalifətə rəhbərlik etmək niyyətində olduğunu açıqlamışdı.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
47
1
herbiand.az

6Mənbələr