AZ

Bütün mundialların tək iştirakçısı

Braziliya millisi Paraqvay yığmasına minimal hesabla (1:0) qalib gələrək DÇ-2026-ya vəsiqəni rəsmiləşdirib.

Msport.az xəbər verir ki, Braziliya bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanmağı bacaran yeganə komandadır.

1930-cu ildən bəri 22 dünya çempionatı keçirilib. Karlo Ançelottinin rəhbərliyi altında yığma 23-cü dəfə dünya çempionatında iştirak edəcək. Braziliya millisi turnirdə 5 dəfə qalib olub ki, bu da mütləq rekorddur.

Almaniya yığması isə mundialın final mərhələsinə 20 dəfə vəsiqə qazanaraq bu göstəricidə 2-ciliyi təmin edib.

Qeyd edək ki, çempionata 3 ölkə – Kanada, ABŞ və Meksika ev sahibliyi edəcək. Kanada və Meksikanın hər birində 13, ABŞ-da isə 78 oyun keçiriləcək. Turnir gələn il iyunun 11-dən 19-dək keçiriləcək.

Seçilən
10
1
msport.az

2Mənbələr